ABŞ İranın raket proqramına qarşı mübarizə üçün koalisiya toplamaq niyyətindədir
Tarix: 13-12-2018, 08:57 |
Çap et
Vaşinqton BMT meydanlarında İranın nüvə proqramı ilə mübarizə aparmaq üçün ölkələrin koalisiyasını yaratmaq niyyətindədir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo deyib.
"İndi bu Təhlükəsizlik Şurasının İran rejimi tərəfindən gələn real [raketin] yayılması təhlükəsinə ciddi yanaşması vaxtıdır…Biz koalisiya yaratmaq üçün ABŞ liderliyindən istifadə edə bilərik. Bu gün siz Amerikaya qoşularaq raketlərin yayılmasından öz narahatlıqlarını ifadə edən 11 Təhlükəsizlik Şurası üzvünü dinlədiniz", - deyə o bildirib.
Pompeonun sözlərinə görə, Birləşmiş Ştatlar İranın potensial nüvə başlığı daşımaq iqtidarında olan raket və raket sistemlərinin yayılmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır.
Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasını İrana qarşı sanksiyaları bərpa etməyə səsləyib.