ABŞ qüvvələri Suriyanın şimalında Türkiyənin hücum edəcəyi bəzi bölgələri tərk edib
Tarix: 13-12-2018, 11:02 |
Çap et
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan iki gün öncə Fəratın şərqində əməliyyatın başlayacağını demişdi. Bölgədəki ABŞ qüvvələri əməliyyat öncəsi bəzi mövqelərini tərk ediblər.
SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, ABŞ qüvvələri Təll-Əbyadın şərqində yerləşən Kaziyətuş-Şuyux bölgəsini tərk edərək, Rəqqa əyalətinin şimal nayihəsinə gediblər.
Bunun əksinə olaraq kürd bölmələrinin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” Təll-Əbyad ətrafında nəzarət postlarını artırıblar.
Məlumata görə Fəratın şərqində kürd bölmələri hərbi qüvvələrini səfərbər etməyə başlayıb.
Digər tərəfdən Türkiyə Ordusu ilə yanaşı döyüşəcək müxalifətin “Milli Ordu”sunun (sabiq Azad Suriya Ordusu) bütün birləşmələrinin bu əməliyyata qatılacağı bildirilib.