Qətər ABŞ-ın enerji layihələrinə 20 milyard dollar yatıracaq
Tarix: 17-12-2018, 08:36 |
Çap et
Qətər ABŞ-ın enerji layihələrinə milyardlarla dollar sərmayə yatıracaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Səəd bin Şrid əl-Kaabi bildirib.
O, qeyd edib ki, ölkəsi 5 il ərzində Birləşmiş Ştatların enerji layihələrinə 20 milyard qoyacaq.
Nazirin sözlərinə görə, söhbət təbii qaz və neftin çıxarılmasından gedir. Səəd bin Şrid əl-Kaabi həmçinin əlavə edib ki, ABŞ maliyyə yatırılması nöqteyi-nəzərincə çox perspektivlidir.
Daha əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib ki, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, qoşununu Suriyaya yeritməlidir