Sudan prezidenti Ömər əl-Bəşir suriyalı həmkarı Bəşər Əsədlə görüşüb. FaktXəbər bildirir ki, bu barədə "SANA" məlumat yayıb.
Sudan dövlət başçısı Dəməşq hava limanında Bəşər Əsəd tərəfindən qarşılanıb. Daha sonra prezidentlər iqamətgahda Suriya və regionda vəziyyətin inkişafı və ikitərəfli münasibətlər barədə danışıq aparıblar.