Poroşenko döyüş gəmilərini Azov dənizinə yolladı - Rusiya ilə gərginlik davam edir
Tarix: 20-12-2018, 08:51 |
Çap et
Ukrayna Azov dənizində Rusiya ilə yaşanan gərginliyə baxmayaraq döyüş gəmilərini bölgəyə göndərməyə qərar verib.
AzNews.az “Reuters”ə istinadən xəbər verir ki, Ukrayna gərginliyin yaşandığı bölgəyə döyüş gəmiləri yollayacaq.
Qeyd edək ki, keçən ay Azov dənizində qarşı-qarşıya gələn iki ölkənin qüvvələri qısa müddətli gərginlik yaşayıb. Rusiyanın xüsusi təyinatlı qüvvələri Ukraynanın 3 gəmisini və içindəki 24 ukraynalı dənizçini girov götürüb.
Moskva hökumətinin 2014-cü ildə Krımı ilhaq etməsindən sonra münasibətləri pisləşən iki ölkə arasında vəziyyət daha da gərginləşmişdi.
Azov dənizi Qara dənizin şimalında yerləşən Ukrayna və Rusiya arasında qalan daxili dənizdir və Kerç boğazı ilə Qara dənizə bağlıdır. Cənub-qərbdə Krım yarımadası yerləşir. Sahəsi 42.000 kilometrdir.
On minlərlə kilometr sahəsi olan dənizin dərinliyi 13 metrdir. Sahillər bütünlüklə dayaz olduğundan sahil xətti tez-tez dəyişir. Azov dənizini Qara dənizə bağlayan Kerç boğazının genişliyi 7 kilometrdir.