Putin və Merkel Suriyanı müzakirə ediblər
Tarix: 29-12-2018, 09:49 |
Çap et
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı tərəflər Suriyadakı vəziyyəti, ABŞ-ın öz qoşunlarını oradan çıxarmaq planını müzakirə ediblər.
Həmçinin noyabrın 25-də Kerç boğazında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Liderlər bir-birilərini Yeni il münasibəti ilə təbrik ediblər və əlaqələri davam etdirmək razılığına gəliblər.