Hökumətin "shutdown" vəziyyəti uzun müddət çəkə bilər - Tramp
Tarix: 3-01-2019, 08:20 |
Çap et
Amerika lideri Donald Tramp bildirib ki, hökumətin fəaliyyətinin dayandırılması (Shutdown) uzun da çəkə bilər, tez də qurtara bilər".
"Report" "ABC News"a istinadən xəbər verir ki, prezident cənub sərhədində divar tikintisi üçün tələb etdiyi maliyyələşməni təmin etməkdən ötrü "shutdown"u nə qədər lazımdırsa, o qədər davam etdirməkdə qətiyyətli olduğunu bildirib.
Dekabrın 22-də ABŞ-da federal hökumətin işi rəsmi olaraq qismən dayandırılıb.