Zərif ABŞ dövlət katibinin İranın raket sınaqları barəsində bəyanatına cavab verdi
Tarix: 4-01-2019, 08:50 |
Çap et
İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231-ci qətnaməsinə zidd deyil.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeoya cavab olaraq bildirib.
Qeyd edək ki, daha ncə Pompeo "İran daha dərin iqtisadi və diplomatik izolyasiyadan qaçmaq üçün ballistik raketlərlə bağlı istənilən addımlardan imtina etməlidir və təxribati sınaqlara yenidən baxmalıdır" deyib.
Zərif cavab olaraq bildirib: "İranın kosmik raketlərin burxaması və raket sınaqları 2231-ci qətnaməsinin pozulması demək deyil". O xatırladıb ki, 1929-cu qətnamənin (müasir silahların, o cümlədən raket və raket sistemlərinin İrana verilməsini qadağan edən) qüvvədə olma müddəti artıq bitib.