Rusiya ABŞ-ın İrana qarşı Polşada keçirəcəyi konfransa qatılmağı rədd edib
Tarix: 21-01-2019, 15:17 |
Çap et
Rəsmi Moskva bildirib ki, Amerikanın İrana qarşı konfransının gündəmi məlum olmamıışdan öncə belə onlar bunu rədd ediblər.
SalamNews əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi rəsmiləri məlumat veriblər.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov da bu konfransa gəlmək barədə ölkəsinin rəsmi dəvət aldığını deyib. Lakin Rusiya XİN başçısı bildirib ki, bu toplantı regionun məsələlərini həll edə bilməyəcək.
Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərqə səfəri zamanı gələn ay Polşada əsas mövzusu İrana qarşı olacaq konfransın keçiriləcəyi haqda xəbər vermişdi.
Artıq Avropa İttifaqı mənbələri də bildirib ki, qurumun nümayəndəsi Federika Moqerini bu konfransa qatılmayacaq.