Venesuelada müxalifət fasiləsiz mitnq keçirəcək
Tarix: 26-01-2019, 11:04 |
Çap et
Nikolas Maduro istefa verənədək Venesuela müxalifəti fasiləsiz mitinq keçirəcək.
“Report” “Anadolu” agneltiyinə istinadən xəbər verir ki, bunu müvvəqəti elan edilən prezident, ölkə parlamentinin sədri Xuan Quaydo Venesuela paytaxtı Karakasın Çaçao rayonundakı Bolivar meydanında keçirilən mitinqdə bildirib.
Bildirilib ki, o, yanvarın 26-da açıq havada xalqla görüşəcəyini söyləyib. Bir müddət əvvəl Venesuela ordusunun dəstəyəni istəyən və hərbçilər üçün əfv elan edəcəklərini açıqlayan Quaydo görüşdə parlamentdə təsdiqlənən əfv haqqında qanunu müzakirə edəcəklərini bildirib. O deyib ki, yanvarın 27-də əfvlə bağlı qanunun mətnini küçədəki təhlükəsizlik qüvvələrinə paylayacaqlar.
Xuan Quaydo çeviriliş etmədiklərini vurğulayaraq, bildirib: “Mənim həbs edilməyim çeviriliş ola bilər”.
Qeyd edək ki, Venesuelada Nikolas Maduronun hakimiyyəti qəsb etməsinə etiraz olaraq, yanvarın 21-də aksiyalar başlayıb.