Quaydo: "Avropa Parlamentinin rəhbəri Venesuelanın Milli Məclisini dəstəkləyib"
Tarix: 31-01-2019, 09:07 |
Çap et
Avropa Parlamentinin sədri Antonio Tayani ölkənin qanuni seçilmiş idarəetmə orqanı kimi Venesuelanın Milli Məclisinə dəstəyini ifadə edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Venesuela müxalifətinin lideri Xuan Quaydo özünün "Twitter" səhifəsində bildirib.
"Mən Antonio Tayani ilə danışdım. Avropa Parlamentinin sədri Venesuelada yeganə qanuni seçilmiş hakimiyyət orqanı kimi Milli Məclisə dəstəyini təsdiq etdi. Mən bütün venesuelalılar adından sizə dəstəyinizə görə təşəkkür edirəm", - deyə Quaydo yazıb.
Daha əvvəl isə ABŞ prezidenti Donald Tramp da Xuan Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib.