Xuan Quaido Çinlə tezliklə dialoq qurmağa hazırdır
Tarix: 2-02-2019, 12:00 |
Çap et
Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı Xuan Quaido Çin hökuməti ilə tezliklə dialoqa başlamağa hazır olduqlarını bildirib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə “South China Morning Post”a müsahibəsində deyib.
“Bazarı və rəqabətliliyi ilə dünyanın əsas oyunçularından olan Çinlə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan münasibətlərimizi bərpa etmək istərdik. Ölkəmizdə iqtisadi artıma nail olmaq və gələcək inkişaf baxımdan Çinin dəstəyi çox mühümdür”, - deyə X.Quaido vurğulayıb.
İkitərəfli dialoqu mümkün qədər tez bərpa etməyə tərəfdar olduqlarını qeyd edən Venesuela Prezidenti vəzifəsinin müvəqqəti icraçısı həmçinin Çin tərəfinin Nikolas Maduro hökuməti ilə qarşılıqlı anlaşmasının lazımi prosesə dəstək verdikləri ölçüdə qüvvədə qalacağını dilə gətirib.