ABŞ Quaidonu dəstəkləyəcək Venesuela hərbçilərini sanksiyalardan azad edəcək
Tarix: 7-02-2019, 08:16 |
Çap et
ABŞ Ağ ev tərəfindən Venesuelanın müvəqqəti prezidenti kimi tanınan müxalifət lideri Xuan Quaidoya dəstək nümayiş etdirəcək Latın Amerikası ölkəsinin hərbçilərini sanksiyalardan azad etmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çərşənbə günü öz "Twitter" mikrobloqunda yazıb.
"ABŞ Venesuelanın demokratiyanı dəstəkləyən və konstitusiya baxımından prezident Xuan Quaido hökumətini tanıyan yüksəkvəzifəli hərbçilərin üzərindən sanksiyaların götürülməsini nəzərdən keçirəcək. Əks təqdirdə onlar beynəlxalq maliyyə sistemindən tamamilə təcrid ediləcəklər. Düzgün seçim edin!" – deyə Bolton bildirib.