ABŞ Senatı yeni şatdaunun qarşısını almaq üçün dövlət büdcəsini təsdiqləyib
Tarix: 15-02-2019, 08:15 |
Çap et
ABŞ Konqresinin Senatı cari maliyyə ili bitməzdən əvvəl federal hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini işinin növbəti dəfə dayanmasının qarşısını almaq üçün qəbul edib.
“Report” xəbər verir ki, yığıncaq ABŞ Konqresinin internet saytında yayımlanıb.
Yeni büdcədə ABŞ prezidenti Donald Trampın əvvəllər 5,7 milyard dollar tələb etməsinə baxmayaraq, Amerikanın Meksika ilə sərhədində divar tikintisi üçün yalnız 1,37 milyard dollar ayrılması nəzərdə tutulub. İndi qanun Nümayəndələr Palatası tərəfindən qəbul edilməli, ardınca isə Tramp tərəfindən imzalanmalıdır.