ABŞ ordusunun kəşfiyyatçısı İrandan sığınacaq alıb - FOTO
Tarix: 15-02-2019, 14:59 |
Çap et
ABŞ Hərbi Hava Qüvvələrinin zabiti İrandan sığınacaq alıb. FaktXəbər bildirir ki, bu barədə "İndependent" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Birləşmiş Ştatlar Monika Elfride Vit (Monica Elfriede Witt) adlı ABŞ Hərbi Hava Qüvvələri sabiq zabiti üçün həbs qırarı çıxarıb. Hava Qüvvələrində kəşfiyyatçı kimi fəaliyyət göstərən 39 yaşlı zabit 2013-cü ildə İrandan sığınacaq alsa da, hadisənin təfərrüatları bu günlərdə ictimaiyyətə açıqlanıb.
Amerikanın Federal Təhqiqatlar Bürosu (FTB) Vitlə birgə fəaliyyət göstərən iranlı 4 haker üçün də istintaq başladıb. Hakerlərin amerikalı zabitlə birgə İran dövlətinə ABŞ-a məxsus kəşfiyyat sirlərini ötürdüyü deyilir.