ABŞ Suriya kürdlərini təhdid etdi
Tarix: 18-02-2019, 11:33 |
Çap et
ABŞ silahlı qüvvələrinin nümayəndəsi general-leytenant Pol Lakamer bildirib ki, əgər kürdlər Suriya prezidenti Bəşər Əsədlə birləşərsə, Amerika hərbçiləri onları dəstəkləməkdən imtina edəcək.
Faktxəbər-in məlumatına gpörə, bu barədə "Kurdistan.ru" portalı xəbər verib.
Məlumatda bildirilir ki, bəyanata səbəb kürdlərin Suriya höküməti ilə danışıqlara başlamaq qərarı olub.
Qeyd edək ki, bundan əvvəl, kürdlər ABŞ prezidenti Donald Trampın hərbçiləri Suriyadna çıxarma qərarına narahatlıqlarını bildirib.