Venesuela Braziliya ilə sərhədi bağlayıb
Tarix: 22-02-2019, 08:20 |
Çap et
Venesuela prezidenti Nikolas Maduro fevralın 23-də təyin olunan humanitar yardımın tədarükünə başlamazdan əvvəl Braziliya ilə sərhədin tamamilə bağlanacağını açıqlayıb.
“Report” xəbər verir ki, onun çıxışı "Periscope"də yayımlanıb.
"Fevralın 21-dən yeni elana qədər Braziliya ilə quru sərhədi tamamilə bağlanacaq", - deyə Maduro bildirib.
O həmçinin Kolumbiya ilə sərhədlərin bağlanmayacağını deyib.
"Kolumbiya ilə bu məsələni nəzərdən keçirirəm", - deyə Venesuela lideri bildirib.