Suriyada təhlükəsizlik zonası Ankaranın maraqları nəzərə alinaraq yaradılmalıdır - Ərdoğan
Tarix: 25-02-2019, 10:46 |
Çap et
Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonası Ankaranın maraqlarını nəzərə alaraq formalaşmalıdır, digər variantlar qəbul edilə bilməz. SalamNews "Anadolu"a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"yə müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, əgər zona Türkiyənin sərhədlərini təmin etmək məqsədi ilə yaradılıbsa, türk qoşunlarının onu idarə etməsi tamamilə məntiqə uyğundur.
"Biz atəş altında olan Türkiyə sərhədindən danışırıq. Buna görə də qonşu ərazidə təhlükəni aradan qaldırmaq üçün addımlar atmağa məcburuq ", - Ərdoğan bildirib.
Ərdoğan bildirib ki, Türkiyə ərazisindən raket hücumlarına cavab vermək yerinə təhdidləri elə yerindəcə məhv etmək lazımdır.