ABŞ yeni müharibə hazırlayır: yenə neftə görə
Tarix: 26-02-2019, 11:01 |
Çap et
ABŞ hökuməti Latın Amerikasında müharibə təşkil etməyə cəhd edir.
Axar.az xəbər verir ki, bunu “ABC Nyus”a müsahibəsində Venesuela Prezidenti Nikolas Maduro deyib.
“ABŞ hökumətinin etdiyi hər şey uğursuzluqla nəticələnəcək. Onlar çalışırlar ki, süni böhran yaradaraq, siyasi eskalasiya və Venesuelaya hərbi müdaxiləyə haqq qazandırsınlar. Bu müdaxilə həmçinin Cənubi Amerika müharibəsinə səbəb olmalıdır. ABŞ Venesuela neftini istəyir və bunun üçün müharibəyə getməyə hazırdır”, – deyə o bildirib.