AB Venesuelada hərbi müdaxiləyə qarşı çıxdı
Tarix: 26-02-2019, 12:04 |
Çap et
Avropa Birliyi Venesuellaya qarşı hərbi müdaxilədən çəkinmə barədə xəbərdarlıq edib. FaktXeber.com-un Anadolu Agentliyinə istinadla verdiyi məlumata görə, AB Komissiyasının sözcüsü Maja Kocijanic verdiyi bəyanatda Venesuela böhranının sülh və demokratik yollarla həll edilməli olduğunu, bu hədəfə şiddət yolu ilə nail olunmayacığını bildirib.
ABŞ-ın Venesuelada hərbi çevrilişi həyata keçirməyə cəhd etməsindən sonra Kuba, Uruqvay, Boliviya, Türkiyə, İran, Rusiya, Çin, Nikaraqua və Meksika Nikolas Maduronu dəstəkləyib və Venesuela xalqının yanında olduqlarını elan edib. Hazırda müxalifət lideri Xuan Quaidonu ölkənin qanuni lideri kimi 14 ölkə tanıyıb. Kanada, Fransa, Braziliya, Argentina, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Peru və Avropa Birliyi ABŞ ilə yanaşı Maduronun devrilməsinə "yaşıl işıq" yandırıb.