Putin və Netanyahu Suriyadakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edəcəklər
Tarix: 27-02-2019, 08:17 |
Çap et
Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında bu gün görüş keçiriləcək.
Trend-in Kremlə istinadən verdiyi məlumata görə, tərəflər görüş zamanı bölgədəki, o cümlədən Suriyadakı vəziyyəti, Rusiya və İsrail arasında ikitərəfli münasibətlərin problemlərini müzakirə edəcəklər.
Kremlin məlumatında deyilir: "İkitərəfli əməkdaşlığın, əsasən ticarət, iqtisadi və humanitar sahələrdə aktual məsələlərini müzakirə etmək planlaşdırılır. Bundan əlavə Yaxın Şərqdəki mövcud vəziyyət, Fələstin-İsrail münaqişəsinin həlli və Suriyadakı vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılacaq".