Britaniya parlamenti "Brexit" sənədinin mətninə düzəlişi qəbul edib
Tarix: 28-02-2019, 08:43 |
Çap et
Britaniya parlamentinin İcmalar Palatası mühafizəkarların "Brexit" sənədinin mətninə təklif etdikləri düzəlişləri təsdiq ediblər. Bu düzəlişlər deputatlara Avropa İttifaqından sazişsiz çıxmaq və ya "Brexit"in vaxtını dəyişməyi seçmək imkanı verir.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, parlamentarilər çərşənbə günü axşamı sadələşdirilmiş qaydada onun lehinə səs veriblər.
Düzəlişlər hökumətin üzərinə иu öhdəlikləri qoyub:
1. Tereza Mey martın 12-də ölkənin Aİ-dən çıxış şərtləri ilə bağlı sazişin yeni variantını səsverməyə çıxaracaq.
2. Əgər parlamentarilər onu dəstəkləməsələr, Mey 13 Martda onlara Brüssel ilə saziş olmadan Aİ-dən çıxmağın lehinə və ya əleyhinə səsvermə imkanı təklif edəcək. Deputatlar bu variantı dəstəkləyəcəkləri təqdirdə, ölkə martın 29-da Aİ-ni tərk edəcək.
3. Əgər parlamentarilər sazişsiz çıxma ssenarisini dəstəkləməsələr, Mey martın 14-də çıxış tarixinin başqa vaxta təxirə salınması variantını səsverməyə çıxaracaq.
Ötən gün Tereza Mey parlamentə "Brexit"i təxirə salmağı təklif edib.