Xuan Quaydo ABŞ-ın Venesuelaya humanitar yardım göndərdiyini bildirib
Tarix: 1-03-2019, 08:58 |
Çap et
Venesuela Milli Məclisinin başçısı Xuan Quayido ABŞ-ın növbəti humanitar yardımının Kolumbiyanın sərhəd Kukuta şəhərinə çatdırıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"Bu an ABŞ-ın humanitar yardımının olduğu təyyarə Kukutaya çatır... Biz venesuelalıların ehtiyac duyduğu qida məhsulları və dərmanların idxalı yollarını axtarmağa davam edəcəyik", - deyə müxalifət lideri "Twitter"də yazıb.
O, həmçinin Amerika hökumətinə minnətdarlığını bildirib.