WB və IMF Venesuelaya milyardlarla dollar vəsait ayırmağa hazırdır
Tarix: 8-03-2019, 12:25 |
Çap et
"Dünya Bankı (WB) və Beynəlxalq Valyuta Fondu (IMF) Venesuelada hakimiyyət dəyişdiyi halda, bu ölkəyə milyardlarla ABŞ dolları vəsait ayırmağa hazırdır".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.
O həmçinin bildirib ki, ABŞ-ın Venesuelaya hərbi müdaxilə ilə bağlı planı yoxdur, amma bu ölkənin gələcəkdə bərpası ilə bağlı plan işlənilir.