ABŞ sanksiya tətbiq etsə, Ankaranın cavabı olacaq
Tarix: 11-03-2019, 10:56 |
Çap et
ABŞ embarqo, ya da sanksiya tətbiq etsə, Türkiyə də boş qalmaz. Ölkəmizin çox fərqli kartları var. Bunlardan ən sadəsi ABŞ təyyarələri üçün Türkiyə səmasının bağlanmasıdır. Bu baş verərsə, ABŞ Yaxın Şərqin geniş bir bölgəsində çox ciddi zərər görər. İncirlik bazasının bağlanması da ilkin mərhələdə ABŞ-a ciddi şəkildə çətinliklər yarada bilər. Əlbəttə ki, proses daha da irəli getsə, Türkiyənin istifadə edəcəyi başqa “kozır”ları da olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ehtiyatda olan kontr-admiralı Əli Dəniz Qutluq deyib.
Kontr-admiral həmçinin S-400 məsələsində geri addım atılmamalı olduğunu qeyd edib:
“Dollar yüksələr, başqa şeylər olar deyə, geri addım atıla bilməz. İngilislərin bir sözü var: “Əgər banka 500 borcunuz varsa, bu sizin probleminizdir. Əgər borcunuz 500 mindirsə, bu artıq bankın problemidir”. Biz bu günə qədər kifayət qədər düşünmüşük. Türkiyə S-400 alsa, nə olur olsun, problem barədə onlar düşünsün”.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan S-400 sistemi almaması üçün təzyiqlərini gücləndirib.