ABŞ Venesuela hakimiyyətini ölkəni tərk etməyə çağırıb
Tarix: 13-03-2019, 08:33 |
Çap et
ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams bildirib ki, Vaşinqton Venesuela hakimiyyətində təmsil olunan bəzi şəxslərin respublikanı tərk etməsini istəyir.
“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Venesuela hakimiyyətinin bəzi nümayəndələri siyasi keçidin şərtlərindən biri kimi ölkədən getməlidirlər.
O həmçinin əlavə edib ki, ABŞ digər ölkələrlə Venesuela hakimiyyətinin üzvlərinə sığınacaq vermək imkanlarını müzakirə edir.
Abrams qeyd edib ki, Venesuela siyasətçilərindən heç kim ölkəni tərk etməyə hələ razılıq verməyib.