İran və Türkiyə İslam Əməkdaşlıq Təşkilatını təcili toplantıya çağırıblar
Tarix: 16-03-2019, 10:32 |
Çap et
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon bağlantısında olub və Yeni Zenlandiyada müsəlmanlara qarşı terroru müzakirə ediblər.
SalamNews FarsNews-a istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif bu telefon danışığında İslam Əməkdaşlıq Təşkilatını Yeni Zenlandiya hücumunun və İsrailin Qüdsdə əl-Əqsa məscidinə qarşı təcavüzlərinin müzakirəsi üçün təcili toplantıya çağırıb.
Cavad Zərif və Mövlud Çavuşoğlu müsəlman ölkələrinin bu təcavüzlərə münasib addımla cavab verməsinin vacib olduğunu bildiriblər.
Cavad Zərif hər iki məsələnin lazımi şəkildə müzakirə edilməsi üçün İƏT-i təcili toplantıya çağırıb və Türkiyə tərəfi bu addımı alqışlayıb.
Qeyd edək ki, ötən gün cümə namazı zamanı Yeni Zenlandiyada məscidə edilən hücum nəticəsində ibadət evinin içində və həyətində olan 49 müsəlman həlak olub və onlarla digəri yaralanıb.