AB Brexitin təxirə salınmasını təsdiqləyib
Tarix: 11-04-2019, 08:33 |
Çap et
Avropa Şurasının sədri Donald Tusk "Twitter" səhifəsində Avropa Birliyinin 27 ölkəsi liderlərinin Brexitin təxirə salınmasına razılıq verdiyini bildirib.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"27 Avropa İttifaqı ölkəsi 50 maddənin uzadılmasına razılıq verdi. İndi İngiltərə hökumətinin razılığını almaq üçün baş nazir Tereza Mey ilə görüşməyi planlaşdırıram" deyə Tusk yazıb.
Qeyd edək ki, baş nazir Tereza Mey Breksiti aprel ayının 12-də həyata keçirmək istəyirdi.