Tramp Müllerin "Rusiya məsələsi"nə dair araşdırmasını qeyri-qanuni hesab edir
Tarix: 11-04-2019, 08:51 |
Çap et
ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin 2016-cı ildə keçirilmiş prezident seçkilərində “Rusiyanın müdaxiləsi”nə dair araşdırmasını “qeyri-qanuni” adlandırıb.
ONA-nın verdiyi xəbərə görə, o bu barədə şəxsi “Twitter” səhifəsində yazıb.
“Bu, qeyri-qanuni araşdırma idi. Gərək heç başlanmayaydı”, - deyə Tramp qeyd edib.
O, həmçinin bildirib ki, bütün fəaliyyəti boyunca günahsızlığını sübuta yetirib.
“Trampa nifrət edən 18 adam da artıq əmindir ki, Rusiya ilə heç bir anlaşma olmayıb”, - deyə prezident əlavə edib.