Kim Çen In Trampla üçüncü dəfə görüşməyə hazırdır
Tarix: 13-04-2019, 09:35 |
Çap et
KXDR Dövlət Şurasının sədri Kim Çen In Hanoedə (Vyetnam) yüksək səviyyədə baş tutan görüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq, ABŞ prezidenti Donald Trampla III sammiti keçirmək niyyətində olduğunu bildirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilir ki, Kim Çen In bu bəyanatı aprelin 12-də 14-cü çağırış Ali Xalq Məclisinin (AXM) Pxenyanda keçirilən birinci sessiyasına toplaşan AXM deputatları qarşısında çıxışı zamanı deyib.