ABŞ Venesueladan neft daşıyan şirkətlərə də sanksiya tətbiq edib
Tarix: 13-04-2019, 09:48 |
Çap et
ABŞ Venesuelaya qarşı sanksiyaları daha da sərtləşdirib. Bu dəfə Bolivar ölkəsi ilə əlaqəsi olan 4 şirkət və 9 neft tankeri qara siyahıya salınıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin açıqlamasında deyilir.
Sanksiyaların tətbiq etdiyi şirkətlərin üçü Liberiyada, biri isə İtaliyada yerləşir. Həmçinin qara siyahıya salınan gəmilərin ikisi İtaliya, dördü Malta, ikisi Yunanıstan, biri isə Panama bayrağı altında üzür.
ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiya tətbiq edilən şirkətlər Venesuelanın neft sektorunda fəaliyyət göstərir. Gəmilər də bu şirkətlərə aid olub, Venesueladan Kubaya neft daşıyır.