Sudanın devrilmiş prezidentinin qardaşları həbs olunub
Tarix: 18-04-2019, 08:13 |
Çap et
Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdulla və Abbas korrupsiya ittihamı ilə əlaqədar olaraq həbs olunublar.
"Report" xəbər verir ki, bunu Xartumda Sudan Hərbi Şurasının rəsmi nümayəndəsi Şəms əd-Din əl-Kubaşi İbrahim deyib.
Hərbçinin sözlərinə görə, devrilmiş rejim nümayəndələrinin həbsləri davam edir:
"Bu, ilk növbədə korrupsiya fəaliyyətində şübhəli bilinən kəslərə aiddir".