Amerikalı senator Türkiyəyə ya `S-400`ü, ya da sanksiyaları seçməyi təklif edib
Tarix: 22-04-2019, 10:53 |
Çap et
Əgər Türkiyə Rusiyanın S-400 zenit raket kompleksləri alarsa, ABŞ rəsmi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata gğrə bu barədə amerilakı Demokrat senator Bob Menendez Yunanıstanın "Katimerini" qəzetinə bildirib.
Onun sözlərinə görə, sanksiyadan əlavə Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının verilməsi də qeyri-mümkün olacaq.
"Biz bu sanksiyaları istəmirik və Türkiyəyə digər variantları təklif etdik. S-400 sistemləri NATO-nun arxitekturasına uyğun deyil", - deyə senator qeyd edib.
Xatırladaq ki, Türkiyə S-400-ü cari ilin yay aylarında təhvil almalıdır.