ABŞ Maduronun Venesuelanı tərk etməsini tələb edir
Tarix: 1-05-2019, 08:36 |
Çap et
ABŞ Venesuela prezidenti Nikolas Maduronun respublika ərazisini tərk etməsində israrlıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo CNN teleşirkətinə müsahibəsində deyib.
Ona "hazırda Maduroya nə deyərdiz" sualı verilib. "Təyyarəni işə salın", - deyə Pompeo cavab verib. O, "Venesuela prezidentinin ölkəni tərk etməsinin vaxtı çatıb" kəlməsini bir neçə dəfə təkrar edib.