Rusiya ABŞ dövlət katibinin Maduro barədə iddilarını təkzib edib
Tarix: 1-05-2019, 15:01 |
Çap et
Rusiya Xarici İşlər Nazirliyi Venesuela lideri Nikola Maduronun Rusiyanın məsləhəti ilə öz ölkəsini tərk etməməsi barədə ABŞ dövlət katibi Mayk Pompeonun iddialarını rədd edib.
ONA-nın xəbərinə görə, nazirliyin sözçüsü Mariya Zaxarova bu barədə CNN-ə açıqlamasında deyib.
“Vaşinqton Venesuela ordusunun ruh yüksəkliyini aşağı salmaq üçün əlindən gələni edib və indi də informasiya müharibəsinin bir hissəsi kimi saxta xəbərlərdən istifadə edir” - deyə M.Zaxarova bildirib.
Xatırladaq ki, daha öncə ABŞ dövlət katibi Pompeo CNN-ə müsahibəsində deyib ki, Maduro ölkəni tərk edərək Kubaya qaçmağa hazır idi, lakin “ruslar deyib ki, o qalmalıdır”.
Venesuela Prezidenti Maduro da televizya çıxışında Pompeonun iddialarını təkzib edərək, bunu yalan və manipuliyasiya adlandırıb.