Aİ ABŞ-ı İrana qarşı neft sanksiyalarını ləğv etməyə çağırır
Tarix: 3-05-2019, 08:04 |
Çap et
Avropa İttifaqı (Aİ) ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalarının qüvvəyə minməsindən narahatdır.
Trend-in "Deutsche Welle"yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nın iqlim məsələləri üzrə Komissarı Migel Arias Lanyete deyib.
Onun sözlərinə görə, İran neftinin idxalına tətbiq edilən embarqo Tehranla nüvə proqramı üzrə sazişin qorunub saxlanılması üçün təhlükə yaradır.
A.Lanuete vurğulayıb ki, İran bu sazişin şərtlərinə əməl etdiyi müddətdə Avropa İttifaqı onu dəstəkləyəcək.