ABŞ prezidenti Venesuelaya qarşı hərbi əməliyyata cəhd etmədiyini bildirib
Tarix: 3-05-2019, 08:17 |
Çap et
ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuela ərazisində hərbi əməliyyat keçirmək istəməzdi.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika administrasiyasının başçısı "Fox News" telekanalına müsahibəsində bildirib.
Telekanalın aparıcısı prezidentdən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi ilə bağlı qərarın verilməsində dönüş anının olub-ola bilməyəcəyini soruşub. "Dönüş anı (hücumla bağlı – red) ehtimalı həmişə var. Amma, təbii, mən bunu etmək istəməzdim. Mən sadəcə, insanlara kömək etmək istəyirəm. Bu insanlar ölürlər, onların heç nəyi yoxdur", - Tramp bildirib.
Ağ Evin başçısı vurğulayıb ki, ABŞ-ın Venesuela böhranının nizama salınması ilə bağlı bir çox, o cümlədən çox sərt variantları var.
Daha əvvəl Donald Tramp Venesueladakı münaqişənin nizamlanması üzrə vəziyyətlə bağlı gələn həftə, bəlkə də daha tez "çox şey olacağ"ına dair vəd verib.