Xuan Quaydo tərəfdarlarını hərbi hissələrdə mitinq etməyə çağırıb
Tarix: 3-05-2019, 08:26 |
Çap et
Venesuela müxalifətinin lideri Xuan Quaydo özünün "Twitter" səhifəsində tərəfdarlarına müraciət edərək onları şənbə günü – mayın 4-də hərbi hissələrdə dinc yığıncaqlar keçirməyə çağırıb.
Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu yığıncaqlar hərbçiləri "konstitusiyanın müdafiəsinə" cəlb etməyə kömək edəcək.
Quaydo həmçinin yazıb ki, bazar günü – mayın 5-də ötən ilin 30 mayında keçirilmiş kütləvi etirazlarda həlak olanların anım mərasimini keçirəcək.
Bundan başqa Quaydo venesuelalıları növbəti həftə günlərindən birində tətil keçirməyə çağırıb.
Daha əvvəl Venesuela müxalifətinin lideri bütün sakinləri mayın 1-də küçələrə çıxmağa və ölkə tarixində ən geniş miqyaslı etiraz aksiyasında iştirak etməyə çağırıb.