ABŞ səlahiyyətliləri Venesuela ilə bağlı bütün variantları nəzərdən keçirib
Tarix: 4-05-2019, 08:26 |
Çap et
ABŞ prezidenti Donald Trampun milli təhlükəsizlik nümayəndələri Müdafiə Nazirliyi (Pentaqon) ilə Venesuelada yaşanan böhranla bağlı hərb variantlarını müzakirə etmək üçün görüşüblər.
ONA Türkiyə mətbuatına istinadın xəbər verir ki, müzakirələr əsasənABŞ xarici işlər naziri Mayk Pompeo, müdafiə nazirinin müavini Patrik Şanahan, Trampın nilli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton arasında keçirilib.
P.Şanahan Venesuelada yaşanan vəziyyətlə əlaqədar toplantının əsas məqamları barədə şəxsi Twitter səhufəsində paylaşım edib.
O qeyd edib ki, Venesuelada yaşananlar azadlıq və zorakılığın mübarizəsidir və bu ölkənin xalqının istəyinə nail olması üçün bütün variantları nəzərdən keçiririk.
Venesuela müdafiə naziri Vladimir Padrino Lopez isə məlum fikirlərə cavabını gözlətməyib. O, çevriliş təşəbbüsünə qarşı çıxacaqlarını ifadə edərək diqqətə çatdırıb ki, silahlı qüvvələr olaraq ölkə konstitusiyasına uyğun hərəkət edəcəklər.
ABŞ rəhbərliyi isə Lopezin bu açıqlamasına rəğmən Guadio və tərəfdarlarının çevriliş cəhdlərinə tam dəstək verəcəklərini bildirib.