Rusiya “SSJ-100” təyyarəsindən imtina edir
Tarix: 6-05-2019, 08:07 |
Çap et
Rusiya Federasiyası Prezidenti yanında Aviasiya İnstitutunun komisiya üzvü Yuri Sytnik “Şeremetevo”da baş verən məlum hadisədən sonra sərnişinləri “Sukhoi Superjet 100” (SSJ-100) təyyarələrinə bilet almaqdan imtina etməyə çağırıb.
ONA interfax-a istinadən xəbər verir ki, Y.Sytnik dəfələrlə bu təyyarələrin istifadəyə yaramadığını xatırladıb: "Gözlərinizi açın və “Superjet”ə bilet almayın… Sanki insanlar öz pulları ilə öz ölümlərinə bilet alırlar"
Dövlət Duması Nəzarət Komitəsinin sədr müavini Mixail Romanov isə hazırda istifadəyə verilmiş bütün “SSJ-100” seriyalı təyyarələrin təcili şəkildə yoxlanılmasını və istintaq komitəsinin işi başa çatana qədər bütün uçuşların dayandırılmasını tələb edib.
O, Baş prokurora istintaqın gedişinə ciddi yanaşmağı, xüsusi diqqət yetirməsini diktə edib.