ABŞ prezidenti Çini ticarət sazişini pozmaqda ittiham edib
Tarix: 9-05-2019, 08:34 |
Çap et
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı "ticarət sövdələşməsi"ni pozub.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, o bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.
"Onlar sövdələşməni pozdular", - deyə "Bloomberg" Trampın sözlərini sitat gətirib.
Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil.