ABŞ-ın dövlət borcu rekord həddə çataraq 23 trilyon dollar olub
Tarix: 2-11-2019, 09:16 |
Çap et
ABŞ-ın dövlət borcu 23 trilyon dollara çataraq rekord həddə qədər artıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı məlumatlar ölkənin Maliyyə Nazirliyinin hesabatında yer alıb.
Məlumata görə, sənəddə qeyd edilən rəqəm ölkənin dövlət borcunun cari vəziyyətini əks etdirir. ABŞ-ın indiki borc problemləri 2007-2008-ci illərin maliyyə-iqtisadi böhrandan miras qalıb.
ABŞ-ın dövlət borcu sabiq prezident Barak Obamanın 8 illik prezidentliyi dövründə 9 trilyon dollardan çox artıb. Qeyd edilir ki, Donald Trampın sələfinin prezidentliyi dövründə Birləşmiş Ştatların dövlət borcu 20 trilyon dollara çatıb.
Amerika iqtisadçıları bu rəqəmin 2026-cı ildə 30 trilyon dollara qədər artacağını proqnozlaşdırırlar.
Birləşmiş Ştatların dövlət borcu Donald Trampın prezidentliyi dövründə 2 trilyon dollardan çox artıb.