Lavrov: “Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”
Tarix: 2-11-2019, 09:36 |
Çap et
Rusiya Xarici İşlər naziri Sergey Lavrov "Rusiya 24" kanalında qonağı olduğu verilişdə ABŞ-ın digər dövlətlərə qarşı həyata keçirdiyi sanksiyalara münasibət bildirib.
APA-nın məlumatına görə, Rusiya XİN rəhbəri qeyd edib ki, heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb.
Lavrov hətta ABŞ-ın müttəfiqlərinin də sanksiyalardan sığortalanmadığını qeyd edib.
Rusiyanın baş diplomatı ABŞ-ın bu mövqeyini tamamilə düşünülməmiş addım kimi dəyərləndirib: “İqtisadi münasibətlərini dollar üzərində quran dövlətlər istənilən vaxt ABŞ-ın geosiyasi planlarının girovuna çevrilə bilər”.