Aİ Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb
Tarix: 13-12-2019, 08:50 |
Çap et
Avropa İttifaqının 12 dekabr tarixində keçirilən sammitində Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edilib.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə diplomatik mənbə bildirib.
“Sanskiyaların müddəti uzadılıb”deyə, mənbə qeyd edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə məlumatı təsdiq edib.
Daha əvvəl bildirilib ki, Avropa İttifaqının (Aİ) 12-13 dekabrda keçirilən sammitində təşkilata üzv dövlətlərin başçıları Rusiyaya qarşı müddəti 31 yanvarda başa çatacaq sanksiyaların vaxtını uzatmaq barədə qəbul edəcəklər.