"Boeing" gələn il "737 MAX" təyyarələrinin istehsalını dayandıracaq
Tarix: 17-12-2019, 08:32 |
Çap et
"Boeing" şirkəti 2020-ci ilin yanvarından 737 MAX laynerlərinin istehsalını dayandırmaq barədə qərar qəbul edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı xəbərdə deyilir.
"Boeing" yanvardan başlayaraq 737 MAX-ın istehsalını dayandırır, çünki sertifikatlaşdırma 2020-ci ildə keçirilmir. İstehsalın azalması diqqəti mövcud təyyarələrin tədarükünə yönəltməyə imkan verir", - deyə xəbərdə bildirilir.
737 MAX modelindən olan təyyarələrin uçuşları martda, iki aviaqəzadan sonra dayandırılıb. Buna hava maşınındakı sistemlərdən birinin qüsuru səbəb olub. 2018-ci ilin oktyabrında İndoneziyada "Lion Air" şirkətinin təyyarəsi qəzaya uğrayıb, martda "Ethiopian Air" onlarla insanın ölümünə səbəb olub. İki qəzada ümumilikdə 346 nəfər həlak olub.
"Boeing" bu çatışmazlıqların aradan qaldırılması ilə məşğul olaraq pilotların təlim proqramını yeniləyib.
ABŞ-ın Mülki Aviasiyası Federal İdarəsi ikinci qəzadan sonra hava gəmisinin sertifikatlaşdırılmasını yoxlamağa başlayıb. Onun tamamlanmasına qədər ABŞ-da bumodelin bütün uçuşları qadağan edilib.
Daha əvvəl şirkət prosedurun 2019-cu ilin sonuna kimi qurtaracağına ümid etdiyini bildirmişdi.