Boris Conson seçkilərdəki qələbədən sonra kabinetində ilk təyinatlarını edib
Tarix: 17-12-2019, 08:41 |
Çap et
Böyük Britaniyanın Baş Naziri Boris Conson növbədənkənar parlament seçkilərində qalib gəldikdən sonra kabinetində ilk təyinatları edib.
APA “Sky News”a istinadən xəbər verir ki, mühafizəkar Stiven Hart Uels işləri üzrə nazir, Niki Morqan isə Rəqəmsal texnologiya, Mədəniyyət, KİV və İdman naziri vəzifəsinə təyin edilib.
Uels işləri üzrə sabiq nazir Alan Kerns tuş gəldiyi məhkəmə qalmaqalına görə noyabrın əvvəlində vəzifəsindən istefa vermək məcburiyyətində qalıb. Morqan, həmçinin İcmalar Palatasına seçkilərdə iştirak etməməsi və deputat mandatını itirməsi səbəbindən vəzifəsini tərk etməli olub.
Bununla yanaşı, bazar ertəsi günü məlum olub ki, Böyük Britaniya Kraliçası II Yelizaveta N.Morqana Baronessa titulu verib. Bundan sonra o, parlamentin Lordlar Palatasının üzvü olacaq və bunun sayəsində nazir vəzifəsini icra edə biləcək.
Yaxın gələcəkdə daha iki nazir müavini vəzifəsinə təyinat olacaq. Nazirlər Kabinetində böyük dəyişikliklərin yalnız fevral ayında – Britaniyanın AB-dən ayrılmasından sonra, 31 yanvar 2020-ci ildə baş verəcəyi gözlənilir.