Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinin detalları açıqlanıb
Tarix: 21-12-2019, 01:46 |
Çap et
Rəsmi Moskva və Kiyev Rusiya qazının Ukrayna ərazisi vasitəsilə tranziti üçün beş illik müqavilə barədə razılığa gəliblər.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Baş Nazirinin müavini Dmitri Kozak qaz razılaşmasının detallarını açıqlayarkən deyib.
“Bu yeni bir müqavilə olacaq, onun yaxın beş il üçün əsas şərtləri razılaşdırılıb. Yeni il öncəsi bu müqaviləni imzalayacağıq. "
Eyni zamanda, o, Avropa istehlakçılarının ehtiyaclarının təmin ediləcəyini qeyd edərək, tranzitin dəqiq həcmlərini açıqlamayıb.
Kozak, Rusiya ilə Ukrayna arasında qarşılıqlı məhkəmə çəkişmələrinin nizamlandığını da vurğulayıb: “Məsələ həll olunub. Artıq məhkəmə çəkişmələri və qarşılıqlı iddialar olmayacaq”.