"Taliban" qruplaşması Əfqanıstanda atəşkəs əldə etmək üçün böyüklərindən razılıq alıb
Tarix: 23-12-2019, 08:38 |
Çap et
“Taliban” hərəkatı Əfqanıstan hökumətinin təklifini qəbul etməyə və ölkədə müəyyən müddət atəşkəs rejiminin tətbiq olunacağını elan etməyə hazırdır.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın televiziya kanalı “TOLO News” məlumat yayıb.
Məlumata görə, “Taliban” nümayəndə heyətinin Pakistana səfəri zamanı “Taliban” və ABŞ arasında müqavilə imzalandıqdan sonra ölkədə qısamüddətli atəşkəs qurulması təklifi ilə razılaşan qrup nümayəndələri və ağsaqqallar arasında görüş keçirilib.
Keçmiş sahə komandiri Seyid Əkbər Ağanın sözlərinə görə, Qətərdə yerləşən “Taliban” heyəti “qısamüddətli atəşkəs haqqında ağsaqqalları ilə məsləhətləşmək üçün Pakistana gedib”. Əkbər Ağa əlavə edib ki, “danışıqlar müsbət keçib və ümumilikdə Əfqanıstanda atəşkəs elan edilməsinin mümkünlüyü gözləniləndir”.
Həmçinin qeyd olunur ki, ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad hazırda Qətərdədir. O, sülh razılaşmasına nail olmaq və ikitərəfli danışıqları bərpa etmək üçün “Taliban”dan zorakılıq azaldılması və atəşin dayandırılması barədə razılıq gözləyir.