Tramp və Kim Çen In Moskvanın Qələbənin paradına dəvətinə hələ cavab verməyib
Tarix: 28-12-2019, 09:53 |
Çap et
ABŞ və Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçıları - Donald Tramp və Kim Çen In hələ Kremlin 2020-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirakla bağlı dəvətinə cavab verməyiblər.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl Vaşinqtona rəsmi səfərindən sonra Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Donald Trampın 9 may 2020-ci ildə Moskvaya səfər etməsinə maraq göstərməsi haqqında bildirib.
Onun sözlərinə görə, Tramp bir neçə dəfə bu tarixin əhəmiyyətini vurğulayıb.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində Donald Trampın səfər imkanını şərh edərək vurğulayıb ki, nasizmlə mübarizəyə əhəmiyyətli töhfə vermiş ölkənin lideri üçün müharibənin başa çatması münasibəti ilə keçirilən tədbirə gəliş düzgün olardı.