İran və ABŞ arasında məktub mübadiləsi olub
Tarix: 4-01-2020, 12:51 |
Çap et
İran və ABŞ arasında məktub mübadiləsi olub.
APA-nın "Euronews"a istinadən verdiyi xəbərə görə, bu barədə İranın BMT-dəki xüsusi nümayəndəsi Məcid Taxt-Rəvançı deyib.
İranın BMT-dəki səfiri İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Əl-Qüds” briqadasının komandiri, general Qasım Süleymaninin öldürülməsini "qanunsuz hərəkət" və "təcavüzkar akt" adlandırıb.
Tramp Administrasiyasının dialoqa inanmadığını qeyd edən Məcid Taxt-Rəvançı buna baxmayaraq, Q. Süleymaninin ölümündən sonra ABŞ və İran arasında İsveçrə səfirliyi vasitəsilə ilə məktub mübadiləsi olduğunu deyib.
İranlı rəsmi bu məktubların detallarını açıqlamaqdan imtina edib. O əlavə edib ki, Q. Süleymaninin öldürülməsinə rəsmi Tehran "sərt qisas"la cavab verəcək.